Zubir – “Qarabağ” tarixinin 13-cüsü
Abdullah Zubir “Qarabağ”da 40-cı qolunu vurub.
Komanda.az xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Azərbaycan derbisinə təsadüf edib. O, “Neftçi” ilə səfər matçında (4:0) fərqlənib.
Abdullah 40-cı qolunu özünün 184-cü oyununda rəqib qapısından keçirib. Zubir ölkə çempionatlarında 29, kubokda 1, avrokuboklarda 10 dəfə rəqib qapısına yol tapıb. O, “Qarabağ”da ilk qolunu 2018-ci il sentyabrın 23-də “Qəbələ” ilə çempionat matçında (4:1) vurub.
Zubir “Qarabağ”ın tarixi ərzində 40 və ya daha çox qol vuran 13-cü futbolçudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin