Zubir “Neftçi”nin futbolçusunu qabaqladı
Azərbaycan Premyer Liqasında cari mövsümün ilk hissəsində ən çox məhsuldar ötürmə edən futbolçu müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, mövsümün ilk yarısında ən çox məhsuldar ötürmə edən “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir olub. O, bu müddətdə 5 məhsuldar ötürməylə yadda qalıb.
Zubir “Neftçi”dən Yusuf Laval və “Qəbələ”dən Nikolas Rayseli (hər ikisi 4 məhsuldar ötürmə) qabaqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin