“Zubir bütün futbolçuları aldadırsa, ona mən nə edim?”
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:6 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
- Acı məğlubiyyət aldıq. Oyuna pis başlamamışdıq. Ustalıq öz sözünü dedi. 0:3-dən sonra futbolçuları psixoloji hazırlamaq çətindi. Vaxtımız azdı. 5 gün sonra “Keşlə” ilə oyunumuz var. Gələn oyunlara hazırlaşmalıyıq.
- Vurğun Hüseynov və Rail Məlikovu ehtiyatda saxlamağınıza səbəb nə idi?
- Adil Nağıyev və Şəhriyar Əliyev də komandanın əsas heyət üzvlərindəndi. Bircə Elvin Bədəlov çox oynamırdı.
- Peyman Babayini oynadıb, İbrahim Əliyevə nə üçün şans vermirsiz?
- Birinci divizionla əsas liqa arasında fərq var. İbrahimi mən də xoşlayıram. Oyun elə idi ki, istəmirdim ikinci hücumçunu oyuna salım.
- Bu məğlubiyyətdə sizin payınız nə qədərdi?
- Əsas günahkar mənəm. Ancaq futbolçulara da pay düşür. Abdullah Zubir bütün futbolçuları aldadırsa, ona mən nə edim?
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin