Zorlamada ittiham olunan futbolçu ilə bağlı təcili iclas keçirilib

“Real”ın futbolçusu Kilian Mbappe təcavüzdə ittiham olunur.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı “kral klubu”nda təcili iclas keçirilib. Rəhbərlik Mbappenin başına gələn qalmaqalı müzakirə edib.

Onun son günlər boş vaxtlarını keçirdiyi İsveçdə zorlamada ittiham olunduğu barədə xəbərlər yayılıb.

Fransalı hücumçu Madrid komandasının sıralarına yay transfer pəncərəsində qoşulub. O, “Real”a azad agent kimi PSJ-dən keçib və 5 illik müqavilə imzalayıb.

25 yaşlı forvard cari mövsümdə Madrid komandasının heyətində 11 matçda iştirak edib, 7 qol vurub və bir məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button