
Zorlamada ittiham olunan futbolçu bəraət alıb
Zorlamada ittiham olunan “Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş bəraət alıb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, İspaniya Ali Məhkəməsinin Cinayət Kollegiyası zərərçəkmiş şəxsin ifadəsindən başqa, ciddi təqsirli sübutların olmaması səbəbindən birinci hökmü (4,5 il həbs) ləğv edib.
Alveş təcavüz iddiasına görə 4,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bir illik həbsdən sonra Barselona məhkəməsi braziliyalı futbolçunu hökmdən apellyasiya şikayətinə qədər, 1 milyon avro girov müqabilində azadlığa buraxıb.
Bəzi mənbələr Alveşin haqsız yerə həbsxanada keçirdiyi vaxta görə təzminat alacağını bildirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin