“Həyat İbrahimoviçə həmişə gülümsəyir” – Maldini
“Milan”ın direktoru Paolo Maldini zədəsini sağaltmaqda olan hücumçu Zlatan İbrahimoviçin durumundan danışıb.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, klub rəsmisi İbrahimoviçin özünü yüz faiz futbolçu kimi hiss etməli olduğunu deyib:
“Müqaviləni yeniləyəndə ona dedik ki, özünü yüz faiz futbolçu kimi hiss etməlidir. Zlatan karyerasını bitirmək ehtimalından narahat olsa da, sakitliyini qoruyur. Həyat ona həmişə gülümsəyir”.
41 yaşlı isveçli futbolçu bu mövsüm zədəsini sağaltmadığı üçün hələ meydana çıxmayıb. O, yaşıl meydanlara 2023-cü ilin yanvarında qayıdacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin