Zlatan İbrahimoviç özü haqda filmi təqdim etdi
İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç özü haqda filmin treylerini təqdim edib.
Komanda.az xəbər verir ki, isveçli futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Mən Zlatanam” adlı əsər sentyabrda efirə çıxacaq. Treylerdə isveçli hücumçunun gənclik dövründən formalaşmağa başlaması əksini tapıb. Onun rolunu aktyorlar yerinə yetirirlər.
Qeyd edək ki, Zlatan İbrahimoviç İsveç “Malmö”sünün (1999 – 2001) yetirməsidir. O, daha sonra Niderlandın “Ayaks”, İtaliyanın “Yuventus”, “İnter” və “Milan”, İspaniyanın “Barselona”, Fransanın PSJ, İngiltərənin “Mançester Yunayted” və ABŞ-ın “Los-Anceles Qalaksi” komandalarında oynayıb. 2001-2016-cı illərdə İsveç yığmasının formasını geyinmiş İbrahimoviç ötən mövsüm “Milan”a qayıdıb. Təcrübəli forvard yığmaya da dönməsinə baxmayaraq, zədə üzündən AÇ-2020-ni buraxmalı olub.
Bizi Facebook-da izləyin