Ziyeş transferində gərginlik
PSJ və “Çelsi” arasında Hakim Ziyeşin transferi ilə bağlı gərginlik yaşanıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər qeydiyyat məsələsində gecikdikləri üçün keçidi yekunlaşdıra bilməyiblər.
Belə ki, London klubu onun sənədlərini Fransa təmsilçisinə üç dəfə yanlış göndərib. Bu üzdən də yekunda transferi rəsmiləşdirmək mümkün olmayıb.
Hakim Ziyeş 2022/23 mövsümündə “Çelsi”nin heyətində bütün turnirlər daxil olmaqla, 15 oyuna çıxıb və bir məhsuldar ötürmə edib.
Onun “zadəganlar”la müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin