
“Zirə”nin rəqibi müdafiəçisi ilə vidalaşdı
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan İsrailin “Makkabi” (Tel-Əviv) komandası futbolçusu Natan Baltaksa ilə vidalaşıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Təl-Əviv təmsilçisi 26 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin müddətini uzatmayıb.
İsrailli futbolçu son 5 mövsümü icarə əsasında müxtəlif klublarda keçirib.
UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları 21-28 iyulda olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin