
“Zirə”nin rəqibi almanlara uduzdu
“Zirə”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan “Makkabi” (Təl-Əviv) Niderlanddakı təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Makkabi” Almaniya “Alemanniya”sı ilə qarşılaşıb. Oyun almanların 1:0 hesablı qələbəsi ilə bitib.
“Zirə”nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də Bakıda, cavab matçı isə bir həftə sonra İsraildə olacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin