“Yenə də eyni Ağabalanı görəcəksiz” – Müsahibə

“Zirə”nin kapitanı Ağabala Ramazanovun Komanda.az saytına müsahibəsi:

  • Premyer Liqanın 5-ci turunda “Səbail”i məğlub etdiz və üçüncü sıraya yüksəldiz. Oyunla bağlı fikirlərin nədir?
  • Maraqlı oyun alındı. Hər iki tərəf mübarizə aparırdı. İlk hissədə daha çox topa sahib olur, hücumlar qururduq. Ümumilikdə, oyunun nəzarəti bizdə idi.
  • Hədəfləriniz nədir?
  • Hədəflərimiz ön sıralarda olmaqdır. Nə qədər gücümüz çatsa, çalışacağıq. Gücümüzü var və ön sıralarda olacağıq, inşallah.
  • “Zirə”nin hazırkı heyətinin gücü hədəflərinizə çatmaq üçün kifayət edəcək?
  • “Neftçi” və “Qarabağ”dan başqa, demək olar ki, bütün komandaların səviyyəsi aşağı-yuxarı eynidir. Ona görə, maksumum nəticə toplayıb, ön sıralara oynamalıyıq.
  • “Zirə”nin oyunlarında tez-tez hakim səhvlərinə rast gəlmək olur. Bu haqda nələr deyə bilərsən?
  • Hakimlərlə bağlı qərarı federasiya verir. Yəqin ki, onlar da o səhvləri görür və onları tənbeh edirlər. Ümid edirəm ki, bir də belə hal yaşanmayacaq.
  • Əvvəllər daha çox qol vuran Ağabala son vaxtlar sakitdir. Bu, nəylə bağlıdır?
  • Çempionat yeni başlayıb, yavaş-yavaş formamı bərpa edəcəm. İnşallah, yenə də eyni Ağabalanı görəcəksiz.
  • Klubla müqavilənin müddəti gələn ilin yayında bitir. Nə düşünürsən?
  • Müqaviləm barədə heç nə düşünmürəm. Hazırda bütün diqqətim qarşıdakı oyunlardadır. Haqqımda xeyirlisi nədirsə, o da olacaq.
  • Bu yay bir neçə azərbaycanlı futbolçu ölkə xaricinə yollandı. Mahir Emreli, Namik Ələskərov, Anton Krivotsyuk, Vüsal İsgəndərli və başqaları. Bəs sən nə vaxt ölkə xaricinə getməyi düşünürsən? Ümumiyyətlə, belə bir təklifin olubmu? Olubsa, niyə alınmayıb?
  • Onların hər birinə səmimi qəlbdən bir azərbaycanlı kimi uğurlar arzu edirəm. Daha əvvəl ölkə xaricindən təkliflər olmuşdu, amma indi yoxdur.
  • Milli komandaya dəvət almamaq məsələn çox danışılıb. Növbəti oyunlar üçün yığmaya çağırılacağına ümidlisənmi?
  • Hər zaman Azərbaycan millisində oynamağa ümidliyəm və hazıram.
  • Millinin çıxışı haqda fikirlərin və gözləntilərin nələrdir?
  • Milliyə uğurlar arzu edirəm.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button