“Zirə”nin hazırlıq planı məlum oldu
İyunun 13-dən təlim-məşq toplanışına start verən “Zirə”nin hazırlıq planı məlum olub.
Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi iyunun 23-dək məşqlərini Bakıda keçəcək. Bir gün sonra Türkiyəyə yola düşəcək “qartallar” Bolu şəhərindəki “Vonresort” otelində məskunlaşacaq. “Qartallar” bu müddətdə iki yoxlama oyunu keçirəcək.
“Zirə” iyulun 7-də Bakıya dönəcək. İsrailin “Makkabi” (Təl-Əviv) komandasına qarşı UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunlarına son hazırlıq mərhələsi ölkədə olacaq.
UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları 21-28 iyulda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin