“Zirə”nin futbolçusu Ukrayna millisinə dəvət edildi
“Zirə”nin futbolçusu Eldar Quliyev Ukraynanın olimpiya millisinə çağırılıb.
Komanda.az Ukrayna Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin adı Macarıstanda (17-25 mart) təlim-məşq toplanışı və Yaponiya ilə yoldaşlıq oyunu üçün baş məşqçi Ruslan Rotanın heyətində yer alıb.
“Sabah”ın keçmiş futbolçusu Aleksey Kaşuk da milliyə dəvət olunub.
Ukraynanın U-21 yığması AÇ-2023-də yarımfinala yüksələrək tarixində ilk dəfə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.
2024-cü il Olimpiya Oyunlarının futbol turnirlərinin püşkatma mərasimi martın 20-də Parisdə olacaq. Turnir iyulun 24-dən avqustun 9-dək Fransanın Paris, Marsel, Lion, Bordo, Sent-Etyen, Nitsa və Nant şəhərlərində təşkil olunacaq.
Bizi Facebook-da izləyin