“Totti ilə meydanda danışmadım, formasını mənə vermədi” – “Zirə”nin legioneri
“Zirə”nin futbolçusu Alvaro Ampuero Peru mətbuatına açıqlama verib.
Komanda.az “libero.pe” saytına istinadən xəbər verir ki, Ampuero, “Parma”da oynayarkən “Roma” ilə qarşılaşdıqları matç zamanı Françesko Totti ilə birgə çəkilən şəkli haqda danışıb:
“Xəyalım gerçəkləşmişdi, əsas komandada oynayırdım. Totti ilə meydanda danışmadım, formasını mənə vermədi. Açığı, heç mən də bunu istəmədim. Oyunsonrası digər futbolçular formalarını dəyişirdilər. Ehtiyat oyunçular skamyasında düşündüm ki, burada oynamaq arzusunu artıq yerinə yetirdim, Totti ilə üz-üzə gəldim, yaxından gördüm və xəyalım gerçəkləşdi. Bir müddət əvvəl sevgilim mənə bir neçə şəkillər verdi, onlardan biri də Totti ilə mübarizə anı idi. Onu Peruda saxlamışam”.
Ampuero, Romadakı Olimpiya stadionu haqda da bunları deyib:
“Romadakı Olimpiya stadionu və azarkeşləri möhtəşəmdir. Özünüzü tam adrenalinli hiss edirsiniz və bu, sizə motivasiya verir, hər şeyi unudursuz”.
2019-cu ilin yayında icarə əsasında “Zirə”yə keçən Ampueronun “qartallar”la müqaviləsi mövsümün sonuna qədərdir. O, Perunun “Munisipial” klubuna məxsusdur. 27 yaşlı müdafiəçi 2013/14 mövsümündə “Parma”da çıxış edib.
Bizi Facebook-da izləyin