“Rəşad Sadıqov milli üçün ideal variantdır” – Ağabala Ramazanov
“Zirə”nin futbolçusu Ağabala Ramazanov “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun Azərbaycan milli komandasını çalışdırmasını istəyir.
Komanda.az xəbər verir ki, bu barədə 27 yaşlı hücumçu açıqlamasında deyib:
“İstəyirəm ki, yığmada yerli və xarakterli baş məşqçi olsun. Ad çəkmək istəmirəm, amma yerli mütəxəssisin tərəfdarıyam. (Report)
Ramil Şeydayev açıqlamasında Rəşad Sadıqov deyib. Şəxsən mən də Rəşad Sadıqov deyərdim. Nəyə görə? Çünki Ramil Şeydayev bu fikri səsləndiribsə, elə-belə deməyib. Bizim xarakterimizi bilən, matçlara kökləndirən ancaq xarakterli biri olmalıdır. Düşünürəm ki, Rəşad Sadıqov milli üçün ideal variantdır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin