“Hindistanın 2-ci liqasından Azərbaycana futbolçu gəlməməlidir” – “Zirə”dən ilk o gedəcək

“Zirə”nin baş məşqçisi Zaur Həşimov “CBC Sport” telekanalında yayımlanan “Tok Şou” proqramının qonağı olub.

Komanda.az xəbər verir ki, Həşimov, legioner limitinin ləğv edilməsi haqda danışıb:

“Legioner limitinin ləğvi Azərbaycan futbolunun məhvi demək olacaq. Çünki biz buna gəlmək üçün ən azı 0-dan başlayıb, 7-8 il çalışmalıyıq. Ki, futbolçu yetişdirək, legioner də gətirəndə yaxşısını gətirək. 4-5 legioner olsun, ancaq yüksək liqada oynayan zaman gənclər onlara baxıb, nəsə götürsün. Məsələn, mənim komandamda bu dəqiqə Banqladeş liqasında oynamış oyunçu var. Mənim fikrimcə, Hindistanın 2-ci liqasından Azərbaycana futbolçu gəlməməlidir. Pul xərcləyiriksə, normal, düzgün tranfer etməliyik”.

“Zirə”nin heyətində Banqladeşdə oynamış, Hindistanın 2-ci liqasından gələn Soni Nordedir. 27 yaşlı hücumçu “qartallar”ın keçmiş baş məşqçisi Samir Abasovun istəyi ilə bu yay komandaya cəlb edilmişdi. Lakin Zaur Həşimovun gəlişindən sonra Soni əsas heyətdəki yerini itirib və haitili futbolçunun qış fasiləsində komandadan ayrılacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button