
“Zirə”nin azərbaycanlı futbolçusuna Bolqarıstandan təklif var
İcarə əsasında “Şamaxı”da çıxış edən “Zirə”nin futbolçusu Cəlal Hüseynov Bolqarıstan klubu “Arda”ya təklif olunub.
Komanda.az-ın əldə etdiyi məlumata görə, futbolçunun özü də klubunu dəyişməyə razıdır. Hazırda müdafiəçinin qəsəbə təmsilçisi ilə 1 illik sözləşməsi qalıb.
Hüseynov cari mövsümdə Premyer Liqa klubunun heyətində bütün turnirlər daxil olmaqla 34 oyuna çıxıb və bir məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin