“Zirə”nin Avropa Liqasındakı rəqibi Rusiya klubundan futbolçu transfer edib
“Zirə”nin UEFA Avropa Liqasının ilk təsnifat mərhələsindəki rəqibi “Şerif” (Moldova) heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tiraspol təmsilçisi əlcəzairli Sid Əhmədlə müqavilə imzalayıb.
Rusiyanın ÇSKA klubundan transfer edilən 19 yaşlı yarımmüdafiəçi son 6 ayı icarə əsasında “Şerif”də keçirib.
2023-cü ildən Əlcəzairin U-19 millisinə dəvət alan Əhməd meydana çıxdığı 6 oyunda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin