“Zirə”li üçün əlamətdar oyun
“Zirə”nin futbolçusu İlkin Qırtımov komandanın heyətində ilk qolunu vurub.
Komanda.az klubun “facebook” hesabına istinadən xəbər verir ki, müdafiəçi Azərbaycan Premyer Liqasının 24-cü turunun “Sumqayıt”la ev oyununda (2:0) rəqib qapısına yol tapıb.
İlkin “qartallar”ın tarixinə Premyer Liqada qol sevinci yaşayan 33-cü futbolçu kimi düşüb. Ona qədər 32 oyunçu bunu bacarmışdı. Bu siyahıda ilk üç yerdə Nelson Bonilla (14), Riçard Qadze (10) və Milan Duriç (8) qərarlaşıb.
“Zirə”də cari mövsümdə debüt edən Qırtımov, qol hesabını Premyer Liqadakı 20-ci oyununda açıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin