“Zirə”li futbolçuların duelində Nqalande sevindi
“Zirə” klubunun iki futbolçusu ölkəsinin milli komandasında üz-üzə gəlib.
Komanda.az xəbər verir ki, söhbət Malavi yığmasında çıxış edən Robin Nqalande ilə Botsvana millisinin üzvü Mfo Kqasvanedən gedir.
Adıçəkilən yığmalar DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində cavab oyunlarını keçiriblər. Maraqlıdı ki, Malavi və Botsvana ilk raundda bir-biri ilə qarşılaşıb.
Botsvanada baş tutan ilk oyunda hesab açılmamışdı. Malavidəki cavab görüşündə isə meydan sahibləri 1:0 hesabıyla qalib gələrək növbəti mərhələyə yüksəliblər. Botsvana isə mübarizəni erkən dayandırıb.
Kqasvane və Nqalande də bu görüşün iştirakçısı olub. Nqalande qarşılaşmanın 68-ci dəqiqəsində meydana buraxılıb. Kqasvane isə start heyətdə meydana çıxıb və 10-cu dəqiqədə əvəzlənib.
Bizi Facebook-da izləyin