
“Zirə”dən yeni transfer – Rəsmi
“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Türkiyənin “Kasımpaşa” komandasından Ayron Qomisi transfer edib.
Fransalı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
24 yaşlı futbolçu həmçinin karyerası ərzində ölkəsinin “Amyen”, “Dünkerk” və İtaliyanın “Salernitana” klublarında çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin