“Zirə”də ayrılıq
“Zirə” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Komanda.az kluba istinadən xəbər verir ki, müdafiəçi Slavik Alxasov paytaxt təmsilçisini tərk edib.
30 yaşlı cinah oyunçusu ilə 2024-cü ilin yayına qədər qüvvədə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Slavik Alxasov 2022/2023 mövsümündə Premyer Liqada 20 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin