“Zirə”də 3 debüt
Futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail”lə cavab oyununda 3:1 hesabı ilə qalib gələn “Zirə”nin heyətində üç debüt gerçəkləşib.
Komanda.az xəbər verir ki, müdafiəçi Rahil Məmmədov və yarımmüdafiəçilər – Ahmed Ayzaya ilə Samir Ağayev komandanın heyətində ilk dəfə rəsmi matçda meydana çıxıb.
Rahil ilk dəqiqələrdən meydanda olub və sonadək mübarizə aparıb. Ayzaya və Ağayev isə müvafiq olaraq 61 və 69-cu dəqiqələrdə meydana buraxılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin