“Zirə” “Qarabağ”a qalib gəldi

Yanvarın 31-də Azərbaycan Premyer Liqasında 21-ci turuna start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun ilk matçında “Kəpəz” “Sabah”ı qonaq edib. Qarşılaşma Gəncə təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Günün son oyununda “Neftçi” “Şamaxı” ilə qarşılaşıb. Bu görüş də meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Dünən daha iki oyun keçirilib. Əvvəlcə “Turan Tovuz” doğma meydanda “Səbail”i qəbul edib. Bu oyunda komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Sumqayıt” isə bu tur “Araz-Naxçıvan”la görüşüb. Bu görüşdə qapılara qol vurulmayıb.

Turun son oyunu bu gün keçirilib. “Zirə” doğma meydanda turnir cədvəlinin lideri “Qarabağ”la üz-üzə gəlib. Beş qolun qeydə alındığı oyunda meydan sahibləri əzmkar qələbə qazanıblar.

Azərbaycan Premyer Liqası, 21-ci tur

31 yanvar

Kəpəz – Sabah 3:2
Qollar:
Mahamadu Ba, 11. Əli Səmədov, 54. Rauf Hüseynli, 64-pen – Pavol Safranko, 6. Cesse Sekidika, 45+4.
Qırmızı vərəqə: İqor Noqeyra, 63.
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Asiman Əzizli, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Tovuz şəhər stadionu.

Kəpəz: 1. Rojerio Santos, 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 21. Camal Cəfərov, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 3. Mahamadu Ba
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 10. Karim Lkoça, 88. Şevroni Mabatşoev
Baş məşqçi: Azər Bağırov

Sabah: 1. Yusif İmanov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 20. Coy Lens Mikels, 44. Sofian Çakla, 18. Pavol Safranko, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 31. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular: 92. Stas Pokatilov, 55. Nicat Mehbalıyev, 9. Anatoli Nuriyev, 77. Şakir Seyidov. 22. Abdulla Rzayev, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 13. İvan Lepiniça, 11. Kahim Parris, 12. Vinsent Till, 99. Neqoş Kupusoviç
Baş məşqçi: Vasili Berezutski

Neftçi – Şamaxı 1:0
Qol: Emin Mahmudov, 45+4-pen.
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamranbəy Rəhimov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Neftçi Arena”

Neftçi: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 44. Yuri Matias, 24. Mustafa Sek, 88. Andrey Ştoqrin.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 99. Ervin Koffi, 23. Robert Bauer, 20. Alfa Konte, 77. Yeqor Boqomolski, 18. Ryonosuke Ohori.
Baş məşqçi: Samir Abasov.
Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 32. Vasili Radenoviç, 20. Leroy Mikels (k), 93. Brahim Konate, 9. Belaydi Pusi, 3. Vladislav Veremeyev, 33. Alfons Msanqa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 23. Murad Vəliyev, 18. Cəlal Hüseynov, 6. Rauf Rüstəmli, 19. Fəxri Məmmədli, 89. Cəfər Muxtarov, 12. Maykl Tuik, 30. Andrey Tırkovyanu, 66. Vasili Bakiç.
Baş məşqçi: Ayxan Abbasov.

1 fevral

Turan Tovuz – Səbail 1:1
Qollar: Alexandro Serrano, 29 – Madi Keta, 82.
Qırmızı vərəqə: Kauan Martins, 43 (“Turan Tovuz”)
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Tovuz şəhər stadionu.

Turan Tovuz: 41. Sergey Samok, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 13. Fərid Yusifli, 77. Veysəl Rzayev, 9. Kristian da Silva (k), 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 40. Kauan Martins, 21. Aleks Souza
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 19. Orxan Əliyev, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 44. Rüfət Əhmədov, 30. Mircamal Əlizadə, 80. Otto Con, 6. Araş Qaderi, 29. Anton Kraçkovski
Baş məşqçi: Kurban Berdıyev
Səbail: 12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov, 74. Yusif Nəbiyev (k), 20. Mert Çelik, 10. David Qomis, 8. Qorka Laruçça, 3. Dmitro Litvin, 99. İnnosent Nşuti, 4. Marko Nikoliç, 7. Madi Keta, 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 5. Gitay Sofir
Baş məşqçi: Cavid Hüseynov

Sumqayıt – Araz-Naxçıvan 0:0
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 12. Georgi Xaraişvili, 11. Momo Yansane, 5. Alan Dias, 77. Casurbek Caloliddinov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 2. Sertan Taşkın, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 29. Qabil Əlizadə, 66. Ruslan Əliyev, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 95. Miloş Miloviç, 60. Tresor Mossi.
Baş məşqçi: Vaqif Cavadov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov (k), 2. Slavik Alxasov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 21. Sezar Meza Kolli, 29. Vanderson Melo, 17. İssuf Paro, 4. İqor Ribeyro, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 99. Raul Əhmədzadə, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 71. Sənan Ağalarov, 57. Elcan Məmmədov, 23. Nuno Rodriqes, 8. Karlos Jatoba, 14. Miço Kuzmanoviç, 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.

2 fevral

Zirə – Qarabağ 3:2
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elçin Məsiyev
VAR: Rauf Cabbarov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə İdman Kompleksinin stadionu

Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 70. İssa Cibrilla, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Akka, 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 23. Rafael Utziq, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 24. Aleksey İsayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 99. Mateuş Koxalski, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button