“Zirə” – “Kəpəz” matçının başlama vaxtı yenə dəyişdirildi

Hava şəraitinə görə bu günə təxirə salınmış Azərbaycan Premyer Liqasının 24-cü turunun “Zirə” – “Kəpəz” matçının başlama saatı dəyişdirilib.

Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. 

Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb.

Oyun saat 16:00-da başlamalı idi. Ötən gün gerçəkləşməli olan matç hava şəraitinə görə təxirə salınmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button