“Zirə”nin hücumçusu üçün 61 dəqiqə
“Zirə” klubunun legioneri Klesio Baukun formasını geyindiyi Mozambik millisi Afrika Millətlər kubokunda növbəti oyununa çıxıb.
Komanda.az xəbər verir ki, komanda qrup mərhələsinin 3-cü turu çərçivəsində səfərdə Kamerun yığmasıyla qarşılaşıb. Görüş, Mozambikin 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb.
“Zirə”nin hücumçusu Bauk da sözügedən qarşılaşmada iştirak edib. Kamerunla oyunda start heyətdə meydana çıxan futbolçu 61-ci dəqiqədə Reqinaldo ilə əvəzlənib.
Mozambik yığması F qrupunda 4 xalla 2-ci sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin