“Zirə”nin futbolçusuna Perudan təklif olub

“Zirə”nin futbolçusu Alvaro Ampuero açıqlama verib.

Komanda.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan perulu futbolçu, Azərbaycan Premyer Liqası və qəsəbə təmsilçisindəki vəziyyəti ilə bağlı fikirlərini bildirib:

“Azərbaycan çempionatının səviyyəsi yaxşıdır. Əvvəllər burda səviyyənin necə olduğunu bilmirdim, amma vəziyyət məni yaxşı mənada təəccübləndirdi. Burda müntəzəm oynayıram. “Zirə”yə gələndə start heyətində meydana çıxırdım və müntəzəm çıxış etməyə başladım. Azərbaycan çempionatı çox tanınmasa da, pillə-pillə irəliləmək fikrindəyəm”.

Müdafiəçi, koronavirus pandemiyası ilə bağlı da danışıb:

“Dekabrda Perudan təklif almışdım, amma “Zirə” ilə mövsümün sonuna qədər müqaviləm var və burda rahatam. Növbəti mövsüm vəziyyətin necə olacağını bilmirəm. Koronavirusla bağlı vəziyyət qarışıqdır.

Pandemiya ilə bağlı ölkədə kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyulub. Evdəyəm və vəziyyətin düzəlməsini gözləyirəm. Evdə məşq planımız var, 15 gündür ki, məşqləri dayandırmışıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button