“Zirə” Çempionlar Liqasına məğlubiyyətlə başladı

Minifutbol üzrə “Zirə” komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan UEFA Çempionlar Liqasında ilk oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi Ukraynanın “Andezit” kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə bitib.

“Zirə” saat 20:00-da Bolqarıstan “Terra Trak”ı ilə münasibətlərə aydınlıq gətirəcək. Bu qrupda üç klub yer alıb.

Bu gün həmçinin “Birbaşa Bakı” da iki oyun keçirəcək. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button