“Qəbələ” 800 manat cərimə ödəyəcək
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın 21-ci turunun “Zirə” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur.
21-ci turun “Sabah” – “Səbail” oyununda “Səbail” klubunun oyunçusu Rahid Əmirquliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılır, klub 200 manat cərimə olunur.
“Sabah” klubunun oyunçusu Con İrasabal rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
1-ci divizionun 16-cı turunun “İmişli” – “Qəbələ-2” oyunundan əvvəl polis nümayəndəsi iclasa gecikdiyinə görə ev sahibi klub 40 manat cərimə olunur.
“Qəbələ-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur.
16-cı turun “Kəpəz-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur.
16-cı turun “Şamaxı-2” – “Turan Tovuz-2” oyunundan əvvəl PFL-in himni səsləndirilmədiyinə görə ev sahibi klub 80 manat cərimə olunur.
Oyundan əvvəl keçirilən iclasda “Turan Tovuz-2” komandasının nümayəndəsi iştirak etmədiyinə görə klub 80 manat cərimə olunur.
“Turan Tovuz-2” komandasının 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur.
“Şamaxı-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur.
16-cı turun “Səbail-2” – “Qaradağ Lökbatan” oyununda “Səbail-2” komandasının oyunçusu Xəyal Bədirov ikinci sarı vərəqə ilə meydançadan qovulduğuna görə 1 oyun cəzalandırılır, klub 20 manat cərimə olunur.
16-cı turun “Zaqatala” – MOİK oyunundan əvvəl ev sahibi klub meydançanı oyuna hazırlamadığına (qardan təmizləmədiyinə) görə klub 80 manat cərimə olunur.
“Zaqatala” – MOİK oyununda PFL-in himni səsləndirilmədiyinə görə ev sahibi klub 80 manat cərimə olunur.
“Zaqatala” klubunun oyunçusu Kamal Kazımov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılır, klub 20 manat cərimə olunur.
MOİK klubunun oyunçusu Cavid Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına gör 1 oyun cəzalandırılır, klub 20 manat cərimə olunur.
Bizi Facebook-da izləyin