Niderlandlı futbolçu Amorimdən narazıdır

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze komandadakı vəziyyətindən narazıdır.

Niderlandlı futbolçu dünya çempionatı ərəfəsində mütəmadi oynamaq istəyir, ancaq baş məşqçi Ruben Amorim ona güvənmir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı forvard yanvarda icarəyə buraxıla bilər. Ancaq əsas namizəd olan “Roma”nın onun maaşını ödəmək imkanları məhduddur. Müqavilənin baş tutması üçün tərəflərdən biri güzəştə getməlidir.

Zirkze cari mövsümdə cəmi 5 dəfə meydana çıxıb və hələ start heyətində oynamayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button