“Zirə”yə xəbərdarlıq edilib

AFFA azarkeşlərinə görə “Zirə” klubuna xəbərdarlıq edib.

Komanda.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna səbəb Azərbaycan Premyer Liqasının 5-ci turunda “Qarabağ”la oyunun 29-cu dəqiqəsində rəqib komandanın azarkeşlərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilməsi olub. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA hələlik xəbərdarlıqla kifayətlənib.

5-ci turun “Sumqayıt” – “Araz Naxçıvan” oyununda 5 futbolçusu sarı vərəqə aldığına görə qonaqlar 700 manat cərimələnib.

“Şamaxı” – “Neftçi” görüşü bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə bölgə təmsilçisi 800 manat cərimələnib.

AFFA “Kəpəz” klubunu da 800 manat cərimələyib. Buna 5-ci turun “Sabah”la matçı bitdikdən sonra meydana kənar şəxsin daxil olması səbəb olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button