“Zirə”yə uduzmağımız məyusedicidir” – “Şerif”in futbolçusu
“Zirə”nin UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Şerif”in (Moldova) yeni transferi Gideon Qudlad klubun mətbuat xidmətinə açıqlama verib.
Komanda.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi cavab matçında qalib gələcəklərinə inandığını bildirib:
“Oyunu izlədim, “Zirə”yə uduzmağımız məyusedicidir. Bu barədə çox danışdıq, məğlubiyyətin səbəblərini axtardıq. Şəxsən inanıram ki, biz Azərbaycanda qalib gələcəyik. Orada yaxşı nəticə əldə edə bilərik”.
“Zirə” və “Şerif” arasında cavab matçı iyulun 18-də, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək. Moldovadakı ilk görüşdə Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda 1:0 hesablı qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin