Yeni legioner Rəşad Sadıqovdan danışdı: “Ona hörmət edirlər”

“Zirə”nin yeni transferi Loriq Broqno açıqlama verib.

Komanda.az xəbər verir ki, Belçika mətbuatına danışan 29 yaşlı yarımmüdafiəçi, “Zirə”yə keçidi haqda bunları deyib:

“İlk olaraq baş məşqçi Rəşad Sadıqovla əlaqə qurdum. O, oyun fəlsəfəsini və planlarını mənə bildirdi. Sadıqov Azərbaycan futbolunun köhnə ulduzlarındandır. Yaxşı tanınır və ona hörmət edirlər”.

Broqno “Zirə” ilə 2 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button