“Zirə”nin vidalaşdığı hücumçudan debüt matçında het-trik

Bu qış fasiləsi dönəmində “Zirə”dən ayrılan Soni Nordenin Malayziyanın “Melaka Yunayted” klubunda debütü uğurlu alınıb.

Komanda.az xəbər verir ki, haitili hücumçu “Negeri Sembilan” ilə yoxlama matçında het-trik edib.

30 yaşlı futbolçu 5, 55 və 66-cı dəqiqələrdə fərqlənib. Qarşılaşma “Melaka Yunayted”in 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Norde 2019-cu ilin yayında “Zirə”yə keçmişdi. Lakin qəsəbə təmsilçisi qış fasiləsində hücumçunun müqaviləsini qarşılıqlı razılaşma əsasında pozmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button