“Rəqiblərimiz kifayət qədər güclüdür, amma biz də rəqabət aparacağıq” – Azərbaycan millisinin üzvü
“Zirə”nin və Azərbaycan milli komandasının üzvü Elvin Camalov DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirib.
Komanda.az-a açıqlama verən 25 yaşlı yarımmüdafiəçi, çətin qrupa düşdüklərini deyib:
“Maraqlı və çətin qrupa düşmüşük. Rəqiblərimiz kifayət qədər güclüdür, amma biz də rəqabət aparacağıq. İnanmaq qazanmağın yarısıdır. Özümə, millinin üzvlərinə və ən əsası, baş məşqçimizə inanıram. İnşallah, yaxşı nəticələr qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”.
Azərbaycan yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində A qrupunda Portuqaliya, Lüksemburq, İrlandiya və Serbiya ilə mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin