“Zirə”nin Slovakiya klubu ilə ilk oyununa təyinatlar açıqlandı

Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Zirə” – “Dunayska Streda” (Slovakiya) görüşünü lüksemburqlu hakimlər briqadası idarə edəcək.

Komanda.az xəbər verir ki, baş hakim İvo Torresə yan xətt hakimləri Rafael Morim və Dani Dias Balsa kömək edəcək.

Yasmin Sabotiç isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.

“Dalğa Arena”da keçiriləcək “Zirə” – “Dunayska Streda” matçı iyulun 25-də, saat 20:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button