
“Zirə”nin “Şerif”lə matçlarının yeri və saatı müəyyənləşdi
Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Şerif”lə qarşılaşacaq “Zirə”nin oyunların başlama saatı və yeri müəyyənləşib.
Komanda.az xəbər verir ki, ilk oyun iyulun 11-də Moldovada keçiriləcək.
Görüş “Şerif”in arenasında baş tutacaq və oyuna saat 21:00-da start veriləcək.
Cavab matçı isə iyulun 18-də Bakıdakı “Liv Bona Dea Arena” stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin