
“Zirə”dən ayrılan futbolçu Argentina klubunda
“Zirə”nin sabiq futbolçusu Fakundo Melivilonun yeni klubu məlum olub.
Komanda.az xəbər verir ki, 30 yaşlı hücumçu Argentinanın “Atletiko Qemes” klubuna keçib. Fakundo ilə müqavilə 2022-ci ilin dekabrına qədər nəzərdə tutulub.
Fakundo 2021-ci ilin martından iyuluna qədər “Zirə”də çıxış edib. O, Bakı klubu ilə Azərbaycan Premyer Liqasında 4 oyunda 2 qol vurub.
Argentinalı hücumçu “Zirə”dən ayrıldıqdan sonra klubsuz idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin