
“Zirə”nin rəqibində ayrılıq
“Zirə”nin UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində rəqibi olan “Şerif” (Moldova) braziliyalı legioneri Rikardinyo ilə vidalaşıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2013-2016, 2017 və 2023-cü illərdə “Şerif”in formasını geyinən 34 yaşlı futbolçu bu komanda ilə 5 dəfə Moldova çempionluğunu, 3 dəfə isə ölkə kubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin