“Zirə”nin rəqibi yeni futbolçu transfer edib

“Zirə”nin UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Şerif” (Moldova) qanalı futbolçu transfer edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Moldova təmsilçisi Nana Kvame Boakye ilə müqavilə imzalayıb.

Qananın U-20 millisinin üzvü bu gün baş tutacaq “Zirə” ilə oyunda debüt edə bilər. Futbolçu indiyədək karyerasını vətənində yeniyetmə və gənclərdən ibarət komandalarda keçirib. Bu, onun ilk peşəkar müqaviləsidir.

Bu gün Tiraspol şəhərindəki “Şerif Arena”da keçiriləcək “Şerif” – “Zirə” matçı saat 21:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button