“Zirə”nin rəqibi gənc vingerini icarəyə verdi
“Zirə”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan “Makkabi” (Təl-Əviv) daha bir futbolçusunu icarəyə verib.
Komanda.az xəbər verir ki, yarımmüdafiəçi Ronen Hanzis Yerusəlim “Beytar”ına icarəyə verilib.
Bu barədə İsrail klubunun rəsmi saytı məlumat yayıb. 20 yaşlı vingerin qarşıdakı mövsümün sonuna kimi icarədə oynayacağı diqqətə çatdırılıb.
Hansiz ötən mövsüm “Makkabi”nin əsas komandasında 2 oyunda meydana çıxıb. Mövsümün ikinci dövrəsində o, “Hapoel” (Nof Ha Qalil) komandasında icarədə olub. Gənc futbolçu 6 aylıq icarə dönəmində də 8 matçda forma geyinib.
“Zirə”nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də Bakıda, cavab görüşü isə ayın 28-də səfərdə baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin