“Zirə”nin “Qarabağ”la yoxlama görüşünün vaxtı müəyyənləşib

“Zirə”nin qış təlim-məşq toplanışında “Qarabağ”la keçirəcəyi yoxlama görüşünün vaxtı müəyyənləşib.

Komanda.az paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda 2024-cü il yanvarın 15-də Ağdam təmsilçisi ilə üz-üzə gələcək.

Mövsümün ikinci yarısına hazırlığı Bakıda keçəcək “Zirə” yanvarın 3-də bir araya gələcək. Baş məşqçi Rəşad Sadıqov ayın 10-da isə “Araz-Naxçıvan”la matçda yetirmələrini sınaqdan keçirəcək.

“Zirə” Premyer Liqanın 19-cu turunda “Səbail”lə qarşılaşacaq. İkinci yarının matçları yanvarın 21-23-nə planlaşdırılır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button