“Zirə”nin oyunu təxirə salındı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turunda keçirilməsi planlaşdırılan “Zirə” – “Araz-Naxçıvan” oyunu təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

“Qartallar” UEFA Konfrans Liqasının pley-off mərhələsində Kiprin “Omoniya” komandası ilə matça yaxşı hazırlaşmaq məqsədi ilə PFL-ə müraciət edib. Naxçıvan klubu isə buna razı olub.

Bundan əlavə, 4-cü turun da “Şamaxı” – “Zirə” matçı ilə 12-ci turun “Zirə” – “ŞamXirəaxı” oyununun yerləri dəyişdirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button