“Zirə”nin legionerində koronavirus aşkarlandı
“Zirə”nin mozambikli futbolçusu Klesio Bauk koronavirusa yoluxub.
Komanda.az “A Bola” nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin testi millinin düşərgəsində olarkən müsbət olub.
Onunla birlikdə daha 7 oyunçu, bir texniki heyət üzvü və yığmanın həkimində infeksiya aşkarlanıb. Mozambik Futbol Federasiyası virusa yoluxanların adlarını açıqlamayıb.
“Zirə”nin Mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə “Report”a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, futbolçu növbəti dəfə testdən keçəcək və müsbət olacağı təqdirdə, karantində qalmağa davam edəcək: “Bauk sağaldıqdan sonra Bakıya qayıda və komandaya qoşula bilər”.
Qeyd edək ki, Mozambik yığması noyabrın 16-da Afrika Millətlər Kubokunda evdə Kameruna 0:2 hesabı ilə uduzub. Bauk və virus aşkarlanan digər futbolçular qarşılaşmada iştirak etməyib.
Bizi Facebook-da izləyin