“Zirə”nin legioneri Premyer Liqada 50-ci qolunu vurub


“Zirə”nin legioneri Davit Volkov Azərbaycan Premyer Liqasında 50-ci qolunu vurub.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, o, 15-ci turun “Sumqayıt”la görüşündə (4:1) het-trikə imza atıb.

Volkovun matçdakı son qolu yubiley – 50-ci olub.

Gürcüstanlı hücumçu buna Premyer Liqadakı 163-cü görüşündə çatıb. Volkov Azərbaycanda üç klubda forma geyinib. O, “Zirə”də 27, “Sabah”da 16, “Qəbələ”də 7 qola imza atıb.

Davit Azərbaycan çempionatları tarixində 50 və daha çox qol vuran 41-ci futbolçudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button