“Zirə”nin Konfrans Liqasındakı qələbəsi slovakiyalı mütəxəssisi təəccübləndirib

Slovakiyalı futbol mütəxəssisi Karol Peçje “Dunayska Streda”nın Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Zirə”yə Bakıda uduzmasını (0:4) şərh edib.

Komanda.az xəbər verir ki, “sportovyv cas” portalına danışan mütəxəssis “Dunayska Streda”nın cavab görüşündəki şanslarını da dəyərləndirib: 

“İlk oyundakı nəticə məni təəccübləndirdi və gözlənilməz oldu. “Dunayska Streda”nın bu avrokubok mövsümündə ötən ilkindən daha yaxşı nəticə göstərəcəyini gözləyirdim. Lakin bu baş vermədi. Belə nəticədən sonra geridönüş etmək çox çətin olacaq. Komanda bu rəqiblə oyuna kifayət qədər hazırlaşıb? Bu, sual altındadır. Problem rəqibin yanaşmasında, taktikasında və ya keyfiyyətində ola bilər. Bir neçə amilin eyni vaxtda üst-üstə düşməsi də mümkündür və nəticə belə oldu. “Dunayska Streda” yenidən qurulur, yeni oyunçular gəlib və inanıram ki, onların uyğunlaşmağa vaxtı olmayıb”.

Peçje daha çox “Spartak”(Trnava) klubundakı fəaliyyəti ilə tanınır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button