
“Zirə”nin iştirak ərizəsində dəyişiklik edildi
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”la (Xorvatiya) qarşılaşacaq “Zirə” UEFA-ya göndərdiyi iştirak ərizəsində dəyişiklik edib.
Komanda.az xəbər verir ki, siyahıda Vensan Tilli Yeqor Boqomolski əvəz edib.
Bundan başqa, “qartallar” B siyahısına da əlavə edib. Siyahıda Səlim Həşimov, Yusif Hacıyev, Ramiz Muradov, Əhliman Süleymanzadə yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



