
“Zirə”nin hücumçusu 3 həftəlik sıradan çıxıb
“Zirə”nin gürcü hücumçusu Davit Volkov zədə səbəbindən üç həftə yaşıl meydanlardan kənarda qalacaq.
Komanda.az-a bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Volkov Premyer Liqanın 30-cu turunun “Neftçi” ilə oyununun (4:2) 64-cü dəqiqəsində rəqib futbolçu Ervin Koffi ilə toqquşaraq, sifətindən xəsarət alıb.
Zədədən sonra oyunu davam etdirə bilməyən gürcü legioner 66-cı dəqiqədə həmyerlisi Georgi Papunaşvili ilə əvəzlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



