
“Zirə”nin futbolçusunun “elçilər”i artır
“Zirə”nin yarımmüdafiəçisi Salifu Suma xarici klubların maraq dairəsindədir.
Komanda.az “Foot Merkato”-ya istinadən xəbər verir ki, Türkiyənin “Fənərbaxça”, Ukraynanın “Dinamo” (Kiyev), Bolqarıstanın ÇSKA və İngiltərənin “Preston Nort End” klublarından başqa, qvineyalı futbolçunu Fransa Liqa 1-dən adları açıqlanmayan üç klub, Rusiya “Spartak”ı (Moskva), Bolqarıstan “Ludoqorets”i də istəyir.
Qışda “Zirə”nin Suma üçün 800 min avro tələb etdiyi deyilirdi. Amma yəqin ki, indi onun qiyməti artırılıb. “Zirə” növbəti mövsüm avrokuboklarda çıxış edəcək. Bu isə o deməkdir ki, klubun özünün də Sumaya ehtiyacı var və ya, onu yaxşı qiymətə sataraq, əvəzində başqa futbolçular transfer edə bilər.
“Qartallar”ın 21 yaşlı futbolçu ilə müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna kimidir.
Bizi Facebook-da izləyin



