“Zirə”nin futbolçusu əməliyyat olundu
“Zirə”nin futbolçusu Davit Volkov cərrahiyə əməliyyatı olunub.
Komanda.az xəbər verir ki, gürcüstanlı hücumçu İstanbulda çiynindən artroskopik əməliyyat keçirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Volkovun 6 həftədən sonra məşqlərə başlayacağı gözlənilir.
Volkov son mövsümdə Azərbaycan Premyer Liqasında 24 oyunda 8 qol vurub, 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin